...

Hemilton Sinqapur Qran-Prisinin qalibi oldu (FOTO)

Dünya xəbərləri Materials 16 Sentyabr 2018 22:26 (UTC +04:00)
"Mercedes” komandasının Böyük Britaniyalı pilotu Lyuis Hemilton Formula-1 yarışmasının Sinqapur Qran-Prisinin qalibi olub.
Hemilton Sinqapur Qran-Prisinin qalibi oldu (FOTO)

Bakı. Trend:

"Mercedes” komandasının Böyük Britaniyalı pilotu Lyuis Hemilton Formula-1 yarışmasının Sinqapur Qran-Prisinin qalibi olub.

Trend-in məlumatına görə, finiş xəttinə ikinсi “Red Bull” komandasının pilotu Maks Ferstappen çatıb. Üçüncü isə “Ferrari” komandasını təmsil edən alman pilot Sebastyan Fettel olub.

Bu Lyuis Hemiltonun Sinqapur Qran-Prisinində 4-cü qələbəsidir (2009, 2014, 2017 və 2018-ci illər).

Hemilton 281 xal toplayaraq ümumi hesabda liderliyini möhkəmlədib. Fettel 241 xalla ikinci, Kimi Raykkonen (“Ferrari” komandasının finlandiyalı pilotu) isə 174 xalla üçüncüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti