Bakı. Trend:
Dünyada aclığın aradan qaldırılması üçün siyasi iradə çatışmır.
Trend-in məlumatına görə, bunu Roma Papası I Fransisk oktyabrın 16-ı qeyd olunan Ümumdünya ərzaq günü ilə bağlı bəyanatında deyib.
Papanın sözlərinə görə, bəşəriyyət bütün məsələlərdə, o cümlədən ərzaq məsələlərində böyük maneələrlə qarşılaşır:
“Bütün bunlar qərarsızlığa və gecikmələrə səbəb olur. Həqiqətən də siyasi iradənin çatışmazlığı görünür”.