Bakı. Orxan Nəbiyev - Trend:
İtaliyada iki gündür ki davam edən kəskin hava şəraiti ilə əlaqədar 9 nəfər həlak olub.
Trend-in məlumatına görə, ümumilikdə 6 vilayət ərazisində “qırmızı həyəcan” verilib.
Paytaxt Romada, Neapolda, eləcə də ölkənin şimalındakı Genuya və Venesiyada məktəblər bağlanıb. Romada çoxlu sayda ağac qırılıb.
Genuya hava limanı qeyri-müəyyən müddətədək bağlanıb. Liquriya vilayətində limanların fəaliyyəti dayandırılıb.
Həmin bölgələrdə kəskin hava şəraitinin növbəti bir-iki gün ərzində davam edəcəyi gözlənilir.