...

Yıldırım bələdiyyə başçısı olmaq istəyir - Spiker səlahiyyətini dayandırır

Dünya xəbərləri Materials 29 Noyabr 2018 16:11 (UTC +04:00)
Türkiyə parlamentinin sədri Binəli Yıldırım səlahiyyətlərinin icrasını dayandırır.
Yıldırım bələdiyyə başçısı olmaq istəyir - Spiker səlahiyyətini dayandırır

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə parlamentinin sədri Binəli Yıldırım səlahiyyətlərinin icrasını dayandırır.

Trend-in məlumatına görə, bu qərar onun İstanbul bələdiyyə başçısı vəzifəsinə namizədlik niyyəti ilə bağlıdır.

Hələlik onun namizədliyinin rəsmi təsdiq olunmadığı bildirilir.

Bu qərarın ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Amerika səfərindən dönməsindən sonra, gələn həftə açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri 2019-cu il martın 31-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti