...

Şimali Koreya lideri Seula nə vaxt səfər edəcək?

Dünya xəbərləri Materials 30 Noyabr 2018 11:45 (UTC +04:00)
Şimali Koreya lideri Seula nə vaxt səfər edəcək?
Şimali Koreya lideri Seula nə vaxt səfər edəcək?

Bakı. Trend:

Koreya Xalq Demokratik Respublikasının (KXDR) Dövlət Şurasının sədri Kim Çen Inın Koreya Respublikasına səfərinin tarixi hələ müəyyən edilməyib.

Trend-in məlumatına görə, bunu Seulda jurnalistlərə Koreya Respublikası Prezidenti Administrasiyasının nümayəndəsi Kim Iy Gyom deyib.

O, hazırda səfərin bir neçə mümkün variantının hazırlandığını bildirib.

Bununla belə, administrasiya rəsmisi qeyd edib ki, K.Ç.Inın Cənubi Koreyaya dekabrın 13-ü və ya 14-də səfər edəcəyi gözlənilir.

Xatırladaq ki, bundan əvvəl - noyabrın 22-də Koreya Respublikasının Milli Kəşfiyyat Xidməti iki Koreya dövləti arasında cari ildə dördüncü sammitin yaxın vaxtlarda Cənubi Koreya ərazisində baş tutacağını bəyan etmişdi. Sammitdə Koreya Respublikasının Prezidenti Mun Çje İn və KXDR lideri K.Ç.Inın görüşəcəyi bildirilir.

2018-ci ildə üçüncü sammit sentyabrda Pxenyanda keçirilib. Həmin vaxt Şimali Koreya rəhbəri yaxın vaxtlarda Seula gedəcəyini demişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti