Bakı. Trend:
Ukrayna sərhədçiləri hərbi vəziyyət elan olunandan 600-dən çox Rusiya vətəndaşını ölkəyə buraxmayıblar.
Trend-in məlumatına görə, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin rəhbəri Petro Tsiqikal deyib.
O bildirib ki, bu müddətdə Ukraynaya getmək istəyən rusiyalıların sayı 3 dəfə azalıb:
"Təkcə kişilər deyil, qadınların da ölkəyə girişinə icazə verilməyə bilər - əgər buna müəyyən səbəb varsa".
Qeyd edək ki, ötən ayın sonlarından yaşı 16-dan 60-dək olan Rusiya vətəndaşlarının Ukrayna ərazisinə girişinə qadağa qoyulub.
Xatırladaq ki, noyabrın 25-də Kerç boğazında Ukrayna və Rusiya gəmilərinin heyətləri arasında insident yaşanıb. Bundan sonra iki ölkə arasında münasibətlər daha da gərginləşib.