Bakı. Elnur Bağışov - Trend:
İran Parlamentinin İsfahan vilayətindən olan deputatları kütləvi şəkildə istefa veriblər. Onların istefa məktubu bu gün Parlamentin Rəyasət Heyətinə təqdim olunub.
Trend-in məlumatına görə, deputat Əkbər Türki bildirib ki, parlamentarilər İsfahan vilayətinin su təchizatı ilə bağlı layihələrin gələn ilin büdcəsindən çıxarılmasına etiraz olaraq bu addımı atıblar:
"Deputatlar istefanın qanuni mərhələlərinin keçməsini gözləyirlər".
Qeyd edək ki, İsfahan vilayəti İran Parlamentində 18 deputatla təmsil olunur.