Baku, Azerbaijan, Dec. 9
Trend:
Ermənistanda keçirilən parlament seçkilərinin sonuna - 20:00-a yekun seçici fəallığı 48,63 faiz təşkil edib.
Trend-in erməni KİV-lərinə istinadən verdiyi məlumata əsasən, bunu ölkənin Mərkəzi Seçki Komisiyasının sədri Tiqran Mukuçan deyib.
Mukuçan deyib ki, ölkə tarixində ilk dəfə seçicilərin əksəriyyəti ümumdövlət seçkilərinə məhəl qoymayıb: "Səsvermə hüququna malik 2 milyon 592 min 481 seçicidən yalnız 1 milyon 260 min 840 nəfər seçkidə iştirak edib".