Bakı. Trend:
Hindistanın cənubunda məbəddə qida zəhərlənməsindən 7 nəfər ölüb, daha 80 nəfər xəstəxanaya yerləşdirilib.
Trend-in məlumatına görə, səhiyyə idarəsi xəstəxanaya yerləşdirilənlərdən 11-nin vəziyyətinin ağır olduğunu bildirib.
Məbəddə keçirilən mərasimdə iştirak edən ziyarətçilər vegeterian plovundan zəhərləniblər.
Plov yeyən şəxslərdə ürək bulanması baş verib, huşlarını itirmə halları qeydə alınıb.
Bildirilir ki, məbəddə 60 quş da ölü taplıb. Güman edilir ki, quşlar da plovdan qalan qalıqlardan yeyib.