Bakı. Elnur Bağışov - Trend:
"İranAir" Hava Yolları Şirkətinin Tehran-İstanbul reysinin gecikməsi və sonda ləğv edilməsi 150 sərnişinin çətin vəziyyətdə qoyub.
Trend-in məlumatına görə, bu gun səhər proqrama əsasən "İranAir" təyyarəsi 719 nömrəli reyslə saat 5:30-da Tehrandan İstanbula uçmalı imiş.
Uçuşun üç saat gecikmə ilə saat 8:00-da baş tutacağı elan olunsa da, sonradan Hava Yolları Şirkətinin rəsmiləri təyyarə olmadığına görə bunun baş tutmayacağını bildiriblər.