...

İspaniyada iki qatar toqquşub: 1 ölü, 95 yaralı (YENİLƏNİB)

Dünya xəbərləri Materials 9 Fevral 2019 00:39 (UTC +04:00)
İspaniyada iki şəhərətrafı dəmir yolu ilə hərəkət edən qatar toqquşub
İspaniyada iki qatar toqquşub: 1 ölü, 95 yaralı (YENİLƏNİB)

İlk xəbər saat 22:57-də yayımlanıb

Bakı. Trend:

İspaniyada iki şəhərətrafı dəmir yolu ilə hərəkət edən qatar toqquşub.

Trend-in Mülki Müdafiə Xidmətinə istinadən verdiyi məlumata görə, qatarların toqquşması nəticəsində bir nəfər həlak olub, təxminən 95 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Bildirilir ki, toqquşma nəticəsində həlak olan şəxs qatarlardan birinin maşinisti olub.

Qeyd edilir ki, toqquşma nəticəsində 3 nəfər ağır, 16 nəfər orta, 76 nəfər isə yüngül dərəcəli xəsarətlər alıb.

Ümumilikdə iki qatarda təxminən 300 sərnişin olub.

XXX

22:57

İspaniyada iki şəhərətrafı dəmir yolu ilə hərəkət edən qatar toqquşub.

Trend-in fövqəladə hallar xidmətinin "Twitter" səhifəsinə istinadən verdiyi məlumata görə, toqquşma dəmir yolunun San-Visente-de-Kastelyet və Monresoy (Barselona əyaləti) stansiyaları arasında baş verib.

Məlumata əsasən, toqquşma nəticəsində 1 nəfər həlak olub, 8 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Bildirilir ki, hadisə yerində təcili yardım xidməti, yanğınsöndürənlər və hüquq-mühafizə orqanları çalışır.

Xəbər lenti

Xəbər lenti