...

Hindistanda qırıcı təyyarə qəzaya uğrayıb

Dünya xəbərləri Materials 12 Fevral 2019 20:24 (UTC +04:00)
Hindistan Hərbi Hava Qüvvələrinə məxsus MiG-27 qırıcı-bombardmançı təyyarəsi qəzaya uğrayıb.
Hindistanda qırıcı təyyarə qəzaya uğrayıb

Bakı. Trend:

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus MiG-27 qırıcı-bombardmançı təyyarəsi qəzaya uğrayıb.

Trend-in məlumatına görə, Hindistan Müdafiə Nazirliyi qəzanın planlaşdırılmış uçuş zamanı ölkənin şimalındakı Racastan əyalətində baş verdiyini açıqlayıb.

Pilot katapultla xilas olub. Nazirliyin polkovniki Sombit Qoş bildirib ki, təhqiqat komissiyası hadisənin səbəblərini araşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti