...

Polşada güclü külək 150 minə yaxın insanı işıqsız qoyub

Dünya xəbərləri Materials 10 Mart 2019 15:02 (UTC +04:00)
Polşada güclü külək 150 minə yaxın insanı işıqsız qoyub.
Polşada güclü külək 150 minə yaxın insanı işıqsız qoyub

Bakı. Tural Turan - Trend:

Polşada güclü külək 150 minə yaxın insanı işıqsız qoyub.

Trend-in məlumatına görə, nəticədə bir nəfər yaralanıb, 19 evin damı aşıb. Küləkdən ən çox zərər çəkən Mazovets bölgəsi olub, burada 46 minə yaxın insan işıqsız qalıb.

Yanğınsöndürənlər yaranan vəziyyətlə əlaqədar 1000-dən çox çağırış alıb. Çağırışlar əsasən aşmış ağaclar və damı aşan insanlara köməklə bağlı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti