...

Ərdoğan: İstanbul heç vaxt Konstantinopol olmayacaq

Dünya xəbərləri Materials 18 Mart 2019 16:58 (UTC +04:00)
İstanbul heç vaxt Konstantinopol olmayacaq.
Ərdoğan: İstanbul heç vaxt Konstantinopol olmayacaq

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbul heç vaxt Konstantinopol olmayacaq və türklər heç vaxt bu şəhəri tərk etməyəcəklər.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Zelandiyada məscidlərə müsəlmanlara qarşı terror aktını və hadisəni törədənlərdən birinin manifestini şərh edərkən deyib.

Dövlət başçısı bildirib ki, göründüyü kimi, bir sıra dairələrdə hələ də İslama və müsəlmanlara qarşı nifrət, ədavət var.

Qeyd edək ki, bundan əvvəl R.T.Ərdoğan Yeni Zelandiyada müsəlmanlara hücum edən terrorçunun iki dəfə Türkiyəyə gəldiyini və hazırda onun səfərinin məqsədinin, kimlərlə görüş keçirməsinin dəqiqləşdirildiyini bəyan edib.

Xatırladaq ki, martın 15-də Yeni Zelandiyanın Kraystçerç şəhərində iki məsciddə insanlar atəşə tutulub. Hadisə nəticəsində 50 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti