...

Astana şəhəri Nur-Sultan oldu

Dünya xəbərləri Materials 23 Mart 2019 11:20 (UTC +04:00)
Qazaxıstanın yeni Prezidenti Kasım-Jomart Tokayev paytaxtın adının dəyişdirilməsi barədə konstitusiyaya dəyişikliyi imzalayıb.
Astana şəhəri Nur-Sultan oldu

Bakı. Trend:

Qazaxıstanın yeni Prezidenti Kasım-Jomart Tokayev paytaxtın adının dəyişdirilməsi barədə konstitusiyaya dəyişikliyi imzalayıb.

Trend-in məlumatına görə, dövlət başçısının imzaladığı qanunda deyilir: "Qazaxıstan Respublikasının paytaxtı Astana şəhəri Nur-Sultan şəhəri adlandırılsın".

Qeyd edək ki, bundan əvvəl K.Tokayev paytaxtın adının martın 19-da istefa verən ölkənin ilk Prezidenti Nursultan Nazarbayevin şərəfinə adlandırılmasını təklif etmişdi. Martın 20-də parlametin deputatları konstitusiyaya müvafiq dəyişikliyi qəbul ediblər. Dəyişikliyin qüvvəyə minməsi üçün dövlət başçısının qanunu imzalaması lazım idi.

Xatırladaq ki, Astana şəhərinin adı 1961-ci ilədək Akmolinsk, 1961-1992-ci illərdə Tselinoqrad, 1992-1997-ci illərdə isə Akmola olub. Şəhərə Astana adı (mənası "paytaxt") 1998-ci ildə Qazaxıstan paytaxtı statusu alanda verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti