Bakı. Tural Turan - Trend:
ABŞ-ın Yaponiyadakı hərbi bazasında partlayış baş verib. Trend-in məlumatına görə, hadisə Okinava adasında Kemp-Dzukeran bazasında qeydə alınıb.
Naməlum şəxslər bazaya daxil olaraq hassarın bir hissəsini dağıdıblar. Daha sonra isə qaz balonunu partladıblar. Heç kim xəsarət almayıb.
Qeyd edək ki, Okinavada ABŞ obyektlərinin 70% sahəsi yerləşir. Yerli hakimiyyət və ictimaiyyət nümayəndələri hərbi obyektlərinin sayının azaltması üçün çıxış edirlər.