Bakı. Trend:
İstifadəçilər "Skype" xidmətinin işində problemlərlə üzləşiblər.
Trend-in məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.
Portalın məlumatına əsasən, texniki qüsurlar əsasən ABŞ, Braziliya və Avropanın bir sıra şəhərlərində müşahidə edilir.
Bildirilir ki, istifadəçilərin şikayətlərinin 47 faizi ismarıcların alınması ilə bağlı problemlərlə, 9 faizi zənglərlə bağlı problemlərlə, 43 faizi isə öz akkauntlarına daxil ola bilməmələri ilə bağlı problemlərlə üzləşiblər.