...

İsraildə "Fransanın xarici işlər naziri" həbs edildi

Dünya xəbərləri Materials 29 Mart 2019 11:06 (UTC +04:00)
İsraildə "Fransanın xarici işlər naziri" həbs edilib.
İsraildə "Fransanın xarici işlər naziri" həbs edildi

Bakı. Trend:

İsraildə özlərini "Fransanın xarici işlər naziri Jan-İv Le Drian və onun köməkçiləri" kimi təqdim edərək dələduzluq yolu ilə iş adamından 8 milyon avro mənimsəyən 3 nəfər həbs olunub.

Trend-in məlumatına görə, fırıldaqçılar İsrail və Fransa hüquq-mühafizə orqanlarının birgə əməliyyatı nəticəsində ələ keçiblər.

Dələduzlar iş adamlarından "ölkəyə kömək etmək" və guya Mali və ya Suriyada radikalların girov saxladığı şəxslərin azad olunması üçün pul vermələrini xahiş ediblər.

Onlar ümumilikdə 40-a yaxın cəhd ediblər, lakin yalnız biri "uğurlu" olub: adı çəkilməyən biznesmen onların hesabına 8 milyon avro keçirib, sonra isə aldadıldığını anlayaraq polisə müraciət edib.

3 fırıldaqçı İsrailin Netaniya kurort mərkəzində tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti