...

Təbrizli qadın dünya rekordunu yenilədi

Dünya xəbərləri Materials 7 Aprel 2019 03:22 (UTC +04:00)

Bakı. Elnur Bağışov - Trend:

İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərində Giti Musəvi 12270 kq çəkili yük maşınını 30 metr dartaraq dünyanın ən güclü qadın rekordunu yeniləyib.

Trend-in məlumatına görə, Giti xanım Ginnes rekordlar üzrə iranlıların müşaviri və Təbriz məsul şəxsləri qarşısında yük maşınını dartaraq avstraliyalı qadının rekordunu yeniləyib.

Avstraliyalı qadın 2011-ci ildə 11350 kq yük maşınını dartaraq dünyanın ən güclü qadını olaraq Ginnesin rekordlar kitabına düşüb.

1 tondan çox çəki ilə avstraliyalı qadının rekordunu yeniləyən Musəvi bildirib ki, 6 ay öncə bunu etsə də, mobil telefonla çəkildiyi üçün bu, qəbul olunmayıb.

Təbrizli qadın gələcəkdə 12-15 tonluq təyyarəni çəkməyi arzu etdiyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti