Çində 5,2 ballıq zəlzələ olub

Dünya xəbərləri Xəbər 29 Aprel 2019 05:47 (UTC +04:00)

Bakı. Trend:

Çinin Sincan-Uyğur muxtar vilayətində Tacikistanla sərhədə yaxın ərazidə 5,2 ballıq zəlzələ baş verib.

Trend-in məlumatına görə, yeraltı təkanlar yerli vaxtla 08:23-də qeydə alınıb. Təkanların episentri Kaşqar şəhərindən 190 km qərbdə yerləşirdı. Zəlzələnin dərinliyi haqqında məlumat verilmir.

Xəsarət alanlar və dağıntılar barədə hələki məlumat yoxdur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti