...

Tramp Şimali Makedoniyanın NATO-ya daxil olması barədə protokolu Senata verib

Dünya xəbərləri Materials 30 Aprel 2019 07:21 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp Şimali Makedoniya Respublikasının NATO-ya daxil olması barədə protokolu Senata verib
Tramp Şimali Makedoniyanın NATO-ya daxil olması barədə protokolu Senata verib

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Şimali Makedoniya Respublikasının NATO-ya daxil olması barədə protokolu Senata verib.

Trend-in Ağ Ev-ə istinadən verdiyi məlumata görə, fevral ayında Brüsseldə imzalanan protokol üzv ölkələr tərəfindən təsdiq edildikdən sonra Skopyeyə NATO-nun tamhüquqlu üzvü olmağa imkan verəcək.

D.Trampın bəyanatında deyilir: "Şimali Makedoniya təhlükəsizlik sahəsində ABŞ-ın möhkəm tərəfdaşıdır, onun NATO-ya üzvlülüyü isə ABŞ-ın və NATO-nun strateji maraqlarına birbaşa sərfəli olacaq".

Qeyd edək ki, daha əvvəl ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Hatçinson bildirib ki, ABŞ Şimali Makedoniyanın payızda NATO-nun tamhüquqlu üzvü olacağına ümid edirlər.

Xəbər lenti

Xəbər lenti