Bakı. Trend:
Roma Papası I Fransisk Bolqarıstana səfər edəcək.
Trend-in məlumatına görə, səfər mayın 5-dən 7-dək baş tutacaq.
Papanın səfəri “Dünyada sülh” şüarı ilə keçəcək. Səfərlə əlaqədar olaraq Roma papasını gedəcəyi paytaxt Sofiya və Rakovski şəhərlərində təhlükəsizlik tədbirləri gücləndirilib.
Səfər günləri həmin şəhərlərin mərkəzi hissələri nəqliyyatın hərəkəti üçün tam bağlanacaq.
Bolqarıstandan sonra I Franssisk Şimali Makedoniyaya yola düşəcək.