...

ABŞ-da abort qadağan edilə bilər

Dünya xəbərləri Materials 15 May 2019 16:10 (UTC +04:00)
ABŞ-ın Alabama ştatının senatorları hamiləliyin istənilən müddətində abortu qadağan edən qanun qəbul ediblər.
ABŞ-da abort qadağan edilə bilər

Bakı. Trend:

ABŞ-ın Alabama ştatının senatorları hamiləliyin istənilən müddətində abortu qadağan edən qanun qəbul ediblər.

Trend-in məlumatına görə, yeni qanuna əsasən, hamiləlik hətta təcavüz nəticəsində baş vermiş olsa belə abortla dayandırmaq qadağan edilir.

Qanunu 25 senator dəstəkləyib, 6 senator isə sənədin əleyhinə səs verib. Həmin qanun layihəsi ştatın qubernatoru Key Aviyə baxılması üçün təqdim edilib. Onun bu qərarı dəstəkləyib-dəstəkləməyəcəyi bilinmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti