...

Britaniya İcmalar Palatasının lideri istefaya gedib

Dünya xəbərləri Materials 23 May 2019 02:23 (UTC +04:00)
Böyük Britaniya İcmalar Palatasının lideri Andrea Lidsom istefaya gedib
Britaniya İcmalar Palatasının lideri istefaya gedib

Bakı. Trend:

Böyük Britaniya İcmalar Palatasının lideri Andrea Lidsom istefaya gedib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə İcmalar Palatasının lideri öz "Twitter" səhifəsində yazıb.

Məlumata əsasən, A.Lidsomun istefaya getməsinə səbəb ölkənin baş naziri Tereza Mey ilə "Brexit" üzrə fikir ayrılıqları olub.

Qeyd edilir ki, İcmalar Palatasının lideri istefaya getdikdən sonra müxalifət növbədənkənar parlament seçkiləri keçirməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti