...

Meksikada cinayətkar qruplaşmalar arasında toqquşma olub, çox sayda ölən var

Dünya xəbərləri Materials 23 May 2019 07:13 (UTC +04:00)
Meksikanın Uruapan şəhərində iki cinayətkar qruplaşma arasında toqquşma baş verib
Meksikada cinayətkar qruplaşmalar arasında toqquşma olub, çox sayda ölən var

Bakı. Trend:

Meksikanın Uruapan şəhərində iki cinayətkar qruplaşma arasında toqquşma baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Miçoakan ştatının Baş Prokurorluğundan bildiriblər.

Baş Prokurorluğun məlumatına əsasən, toqquşma baş verən ərazidə 9 nəfərin cəsədi və 4 yaralı aşkar edilib. Bundan əlavə, hadisə yerində yalnız Meksika ordusunun istifadəsində olan böyuk kalibrli silah da tapılıb.

İnsidentlə əlaqədar araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti