...

Filippinlə Kanada arasında zibil ədavəti bitdi

Dünya xəbərləri Materials 31 May 2019 15:39 (UTC +04:00)
Mayın 31-də Kanadaya məxsus tullantılar yükənmiş gəmi nəhayət ki, Filippin sahillərini tərk edib.
Filippinlə Kanada arasında zibil ədavəti bitdi

Bakı. Trend:

Mayın 31-də Kanadaya məxsus tullantılar yüklənmiş gəmi nəhayət ki, Filippin sahillərini tərk edib. Trend-in məlumatına görə, zibil dolu konteynerlər yüklənmiş gəmi Kanada sahillərinə doğru hərəkət edib.

Qeyd edək ki, Kanada 2013-cü ildə qanunsuz olaraq Filippin ərazisinə atdığı zibilləri geri daşımaqdan imtina etdiyi üçün hələ bir neçə həftə öncə Filippin Kanadadakı səfir və konsullarını geri çağırmışdı.

Həmin vaxt ölkə XİN-i bəyan etmişdi ki, Kanadanın zibilləri yüklənmiş gəmi Filippin sahillərindən uzaqlaşmayana qədər bu belə davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti