Bakı. Trend:
Fransanın Konde-syur-Sart şəhərindəki həbsxanasında girov götürülən iki nəfər buraxılıb.
Trend-in məlumatına görə, bu barədə "BFMTV" telekanalı xəbər verir.
Məlumata əsasən, məhbus tərəfindən iki mühafizəçi girov götürülüb. Həmçinin deyilir ki, cinayətkar əldəqayırma bıçaqdan istifadə edib.
Hazırda hər iki girov buraxılıb.