...

ABŞ təyyarəsi Floridanı bombaladı - Çaşdı

Dünya xəbərləri Materials 3 İyul 2019 19:12 (UTC +04:00)
ABŞ Hərbi Hava Qüvvələrinin qırıcısı uçuş zamanı quşla toqquşduqdan sonra Florida ştatına təlim bombaları atıb.
ABŞ təyyarəsi Floridanı bombaladı - Çaşdı

Bakı. Trend:

ABŞ Hərbi Hava Qüvvələrinin qırıcısı uçuş zamanı quşla toqquşduqdan sonra Florida ştatına təlim bombaları atıb.

Trend-in məlumatına görə, texniki qüsur nəticəsində 3 ədəd 11 kiloqramlıq partlamayan bomba yerə düşüb.

Hazırda həmin bombaların axtarışları aparılır. Sakinlərə həmin maddələrə yaxınlaşmamaq tövsiyə edilib.

Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti