...

Havayda fövqəladə vəziyyət elan edildi

Dünya xəbərləri Materials 13 İyul 2019 10:45 (UTC +04:00)
ABŞ-ın Havay ştatının Maui adasında iri yanğınla əlaqədar fövqəladə vəziyyət elan edilib
Havayda fövqəladə vəziyyət elan edildi

Bakı. Trend:

ABŞ-ın Havay ştatının Maui adasında iri yanğınla əlaqədar fövqəladə vəziyyət elan edilib.

Trend-in məlumatına görə, yanğın hazırda 40 min kvadratmetrdən çox ərazini əhatə edir.

Qeyd edilir ki, yanğınla mübarizə güclü küləklə əlaqədar çətinləşib.

Məlumata görə, Maui adasında minlərlə sakin təxliyə olunub. Bundan başqa, yerli hava limanında reyslər təxirə salınıb, Mauiyə gəlməli olan təyyarələr digər hava limanlarına yönləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti