...

Türkiyədə hərbi anbarda partlayış olub

Dünya xəbərləri Materials 9 Avqust 2019 08:30 (UTC +04:00)
Türkiyənin cənubunda Hatay vilayətində hərbi hissələrin birində hərbi anbarda partlayış baş verib
Türkiyədə hərbi anbarda partlayış olub

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin cənubunda Hatay vilayətində hərbi hissələrin birində hərbi anbarda partlayış baş verib.

Trend-in məlumatına görə, partlayış nəticəsində xəsarət alan olmayıb.

Təhlükəsizlik tədbirləri ilə əlaqədar hərbi hissənin yaxınlığında evdə olan insanlar təxliyə edilib.

Partlayışın səbəbi məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti