...

Türkiyədə təhlükəli terrorçu zərərsizləşdirilib

Dünya xəbərləri Materials 27 Avqust 2019 23:24 (UTC +04:00)
Türkiyənin Siirt əyalətində "Dijvar Sason" ləqəbi ilə tanınan təhlükəli terrorçu Ekrem Aksoy zərərsizləşdirilib
Türkiyədə təhlükəli terrorçu zərərsizləşdirilib

Bakı. Trend:

Türkiyənin Siirt əyalətində "Dijvar Sason" ləqəbi ilə tanınan təhlükəli terrorçu Ekrem Aksoy zərərsizləşdirilib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildiriblər.

Məlumata əsasən, PKK terror qruplaşmasının üzvü olan E.Aksoyun adı uzun müddət təhlükəli terrorçuların siyahısında olub.

Qeyd edək ki, terrorçunun zərərsizləşdirilməsi üzrə xüsusi əməliyyat avqustun 25-i keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti