Bakı. Trend:
Fransanın şərqindəki İzer departamentində gömrükdəki yük maşınından ən az 933 kiloqram həşiş (mariuxanın qatranı) tapılıb.
Trend-in məlumatına görə, bu barədə "France Bleu" radiostansiyası bildirib.
Məlumata əsasən, Polşadan olan sürücü həbs edilib.
Qeyd edilir ki, Vyen və Revanten-Voqri kommunaları arasındakı yolda narkotik daşıyan iri qabaritli maşın tutulub.
Bildirilir ki, saxlanılan şəxsin 53 yaşı var. Yük maşınında 930 kiloqramdan bir az çox həşiş olub.