...

Türkiyə Prezidentinin müşaviri: Türkdilli ölkələr gün keçdikcə daha da güclənir

Dünya xəbərləri Materials 27 Sentyabr 2019 20:59 (UTC +04:00)
Türkdilli ölkələr gün keçdikcə daha da güclənir
Türkiyə Prezidentinin müşaviri: Türkdilli ölkələr gün keçdikcə daha da güclənir

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkdilli ölkələr gün keçdikcə daha da güclənir.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidentinin müşaviri Yalçın Topçu deyib.

O bildirib ki, türkdilli ölkələr hazırda bütün sahələrdə inkişaf edir və regionda real qüvvəyə çevrilib.

Müşavirin sözlərinə görə, türkdilli ölkələr arasında əməkdaşlığın möhkəmlənməsi təkcə bu ölkələrin yox, bütün regionun xeyrinə olacaq.

Y.Topçu əlavə edib ki, Özbəkistanın Türk Şurasına qoşulmaq qərarı mühüm hadisədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti