...

Ədəbiyyat üzrə Nobel mükafatı verildi - KİMƏ?

Dünya xəbərləri Materials 10 Oktyabr 2019 15:22 (UTC +04:00)
Bu gün İsveçin paytaxtı Stokholmda 2019-cu il Nobel həftəsi çərçivəsində ədəbiyyat üzrə mükafatlar təqdim olunub.
Ədəbiyyat üzrə Nobel mükafatı verildi - KİMƏ?

Bakı. Trend:

Bu gün İsveçin paytaxtı Stokholmda 2019-cu il Nobel həftəsi çərçivəsində ədəbiyyat üzrə mükafatlar təqdim olunub.

Trend-in məlumatına görə, ötən il Nobel Komitəsindəki qalmaqalla əlaqədar mükafat təqdim olunmadığı üçün 2019-cu ildə ədəbiyyat üzrə iki mükafat verilib.

2018-ci il üçün mükafatı polşalı Olqa Tokarçuk, 2019-cu il üçün isə avstriyalı Peter Handke əldə edib.

O.Tokarçuk ötən il "Qaçanlar" əsərinə görə Buker beynəlxalq mükafatına layiq görülmüşdü.

Qeyd edək ki, oktyabrın 11-i sülh, oktyabrın 14-ü isə iqtisadiyyat üzrə Nobel mükafatları təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti