Bakı. Trend:
Suriyanın Ras əl-Ayn şəhərində PKK/YPG qüvvələri minalanmış avtomobili partladıb, 17 nəfər yaralanıb, 20-dən çox insan yaralanıb.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin Müdafiə Nazirliyi bildirib.
Nazirlikdən bildiriblər ki, PKK/YPG terror təşkilatı Fıratın şərqindəki mülki vətəndaşlara hücumlarını davam etdirir:
"Ras əl-Ayn şəhərindən qərbdə yerləşən Tell Xalif kəndində minalanmış avtomobilin partlanması nəticəsində 17 nəfər həlak olub, 20-dən çox insan yaralanıb".