...

Pentaqon İranın İraqdakı ABŞ bazalarına zərbələrini şərh edib

Dünya xəbərləri Materials 8 Yanvar 2020 04:21 (UTC +04:00)
İran ABŞ-ın İraqdakı bazalarını ballistik raketlərlə atəşə tutub
Pentaqon İranın İraqdakı ABŞ bazalarına zərbələrini şərh edib

Bakı. Trend:

İran ABŞ-ın İraqdakı bazalarını ballistik raketlərlə atəşə tutub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ müdafiə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Conatan Hoffman deyib.

C.Hoffman bildirib: "Şərqi Amerika vaxtı ilə yanvarın 7-si təxminən saat 17:30-da İran ABŞ-ın və koalisiyanın İraqdakı hərbi bazalarına ondan çox ballistik raket atıb. Aydırdır ki, bu raketlər İrandan buraxılıb və onların hədəfi ABŞ Silahlı Qüvvələrinin və koalisiyanın heyətinin olduğu İraqın azı 2 hərbi bazası olub - Əl-Əsəddə və Ərbildə. Zərərlərin ilkin qiymətləndirilməsi üzərində işləyirik".

O, ABŞ-ın bölgədəki hərbi qüvvələrini, tərəfdaşlarını və müttəfiqlərini qorumaq üçün "bütün lazımi tədbirləri" görəcəklərini də qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti