...

Türkiyədə İnterpolda axtarışda olan terrorçu saxlanılıb

Dünya xəbərləri Materials 10 Yanvar 2020 06:43 (UTC +04:00)
Türkiyə-Suriya sərhəddində axtarışda olan "İslam Dövləti" (İD) terror təşkilatının üzvü saxlanılıb
Türkiyədə İnterpolda axtarışda olan terrorçu saxlanılıb

Bakı. Trend:

Türkiyə-Suriya sərhəddində axtarışda olan "İslam Dövləti" (İD) terror təşkilatının üzvü saxlanılıb.

Trend-in məlumatına görə, onun tutulması üçün əməliyyat Türkiyənin Kilis vilayətində keçirilib.

O, Suriya ilə sərhədi qanunsuz keçməyə cəhd edərkən Milli Kəşfiyyat İdarəsi və ölkənin Təhlükəsizlik Xidməti üzvlərinin keçirdiyi əməliyyat nəticəsində tutulub.

Saxlanılan şəxsin Danimarka vətəndaşı olduğu və İnterpol tərəfindən axtarıldığı müəyyən olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti