...

Polisdən qorxub meşədə gizlənən şəxs iki həftə sonra tapıldı

Dünya xəbərləri Materials 27 Yanvar 2020 10:20 (UTC +04:00)
Tailandın Tak əyalətində meşədə itmiş motosikletçi iki həftədən sonra tapılıb
Polisdən qorxub meşədə gizlənən şəxs iki həftə sonra tapıldı

Bakı. Trend:

Tailandın Tak əyalətində meşədə itmiş motosikletçi iki həftədən sonra tapılıb.

Trend-in məlumatına görə, 27 yaşlı şəxs yanvarın 6-da polis yoxlamasından qorxub meşədə gizlənib.

Polislər onun qayıtmadığını görüb, axtarışlara başlayıb. Nəticədə onun yalnız qəzaya uğramış motosikleti tapılıb. Həmin şəxs özü isə meşədə azıb və iki həftə yalnız bitkilərlə qidalanıb.

14 gün davam edən axtarışlardan sonra tapılan motosikletçi həmin gün heç bir hadisə törətmədiyini, sadəcə polisdən qorxduğu üçün gizləndiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti