...

Londonda terror aktında xəsarət alanların sayı artıb (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 2 Fevral 2020 22:42 (UTC +04:00)
Böyük Britaniyanın paytaxtı Londonda baş verən terror aktı nəticəsində xəsarət alanların sayı artıb
Londonda terror aktında xəsarət alanların sayı artıb (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Böyük Britaniyanın paytaxtı Londonda baş verən terror aktı nəticəsində xəsarət alanların sayı artıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, naməlum şəxsin bıçaqla insanlara hücum etməsi nəticəsində 3 nəfər xəsarət alıb.

Bildirilir ki, onlara hadisə yerində tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdiriliblər.

Xatırladaq ki, hücum edən şəxs polislər tərəfindən güllələnib.

XXX

22:31

Böyük Britaniyanın paytaxtı Londonda terror aktı törədilib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, naməlum şəxs bıçaqla insanlara hücum edib. İnsident nəticəsində azı 2 nəfər xəsarət alıb.

Bildirilir ki, hücum edən şəxs polislər tərəfindən güllələnib. Hadisənin terrorçuluqla əlaqəli olduğu qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti