...

Nazir: Türkiyədə koronavirusa yoluxanlar yoxdur

Dünya xəbərləri Materials 26 Fevral 2020 12:56 (UTC +04:00)
Türkiyədə koronavirusa yoluxanlar yoxdur
Nazir: Türkiyədə koronavirusa yoluxanlar yoxdur

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyədə koronavirusa yoluxanlar yoxdur.

Trend-in məlumatına görə, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca deyib.

Nazir bildirib ki, hazırda infeksiyanın Türkiyəyə daxil olmasının qarşısını almaq üçün tədbirlər görülür: “İrandan təxliyə olunan Türkiyə vətəndaşları arasında koronavirusa yoluxan yoxdur”.

F.Qoca əlavə edib ki, Türkiyənin İranla sərhədindəki dörd sərhəd-buraxılış məntəqəsində səhra hospitalları fəaliyyət göstərəcək.

Xatırladaq ki, ötən gün Türkiyə öz vətəndaşlarının İrandan təxliyəsinə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti