...

Salvador İrandan gələnlərin ölkəyə girişini qadağan etdi

Dünya xəbərləri Materials 29 Fevral 2020 10:17 (UTC +04:00)
Salvador hökuməti koronavirusla əlaqədar İrandan gələn şəxslərin ölkəyə girişinə qadağa qoyub
Salvador İrandan gələnlərin ölkəyə girişini qadağan etdi

Bakı. Trend:

Salvador hökuməti koronavirusla əlaqədar İrandan gələn şəxslərin ölkəyə girişinə qadağa qoyub.

Trend-in məlumatına görə, bu barədə ölkə prezidenti Nayib Bukele öz “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, bununla əlaqəli Salvador Miqrasiya Xidmətinə müvafiq sərəncam verilib.

İrandan gələn Salvador vətəndaşları və diplomatları isə 30 gün müddətinə karantinə alınacaq.

Qeyd edək ki, bundan əvvəl Salvador Cənubi Koreya və İtaliya vətəndaşları üçün ölkəyə girişi qadağan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti