Bakı. Trend:
İraqın Bağdad şəhərində olan "Yaşıl Zona" raket atəşinə məruz qalıb.
Trend-in məlumatına görə, bu barədə Al Hadath telekanalı bildirib.
Məlumata əsasən, ABŞ səfirliyi də daxil olmaqla dövlət qurumları və xarici diplomatik nümayəndəliklərin yerləşdiyi ərazidə iki raket partladı. Hücumlarla yanaşı hava sirenləri də işə düşüb.
Xəsarət alan və dağıntılar barədə hələki məlumat verilməyib.