...

Avropada koronavirusun yayılmasının ilkin mənbələrindən biri bəlli olub

Dünya xəbərləri Materials 18 Mart 2020 13:05 (UTC +04:00)
Avropada koronavirusun yayılmasının ilkin mənbələrindən biri aşkar edilib
Avropada koronavirusun yayılmasının ilkin mənbələrindən biri bəlli olub

Bakı. Trend:

Avropada koronavirusun yayılmasının ilkin mənbələrindən biri aşkar edilib.

Trend-in məlumatına görə, mütəxəssislər çoxlu sayda yoluxmanın Avstriyanın İşql dağ-xizək kurortundan qaynaqlandığını ehtimal edir.

Qeyd olunur ki, koronavirusa yoluxmuş Almaniya, Norveç, İsveç və Danimarka vətəndaşlarının əksəriyyəti bu kurortda istirahət edib.

İşql kurortu fəaliyyətini ötən həftə sonu dayandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti