...

Türkiyədə koronavirusdan ölənlərin sayı 277-yə çatıb

Dünya xəbərləri Materials 1 Aprel 2020 23:14 (UTC +04:00)
Türkiyədə son 24 saat ərzində daha 63 nəfər yeni növ koronavirusdan vəfat edib
Türkiyədə koronavirusdan ölənlərin sayı 277-yə çatıb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 63 nəfər yeni növ koronavirusdan vəfat edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca deyib.

Nazir qeyd edib ki, ümumilikdə ölənlərin sayı 277 nəfərə çatıb.

Onun sözlərinə görə, 2148 yeni koronavirusa yoluxma faktı qeydə alınıb. Yoluxma halların ümumi sayı 15679-a çatıb.

Qoca bildirib ki, yoluxma halları ən çox İstanbulda, İzmir və Ankarada qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti