...

Türkiyədə koronavirusdan sağalanların sayı 63 mini ötüb

Dünya xəbərləri Materials 3 May 2020 21:02 (UTC +04:00)
Türkiyədə koronavirusdan sağalanların sayı 63 mini ötüb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 61 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 3 397 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 670 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 126 045 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən sutka ərzində 4 892 nəfər sağalıb, sağalanların ümumi sayı 63 151 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti