...

Meksikada narkokartel rəhbəri koronavirusdan öldü

Dünya xəbərləri Materials 11 May 2020 13:17 (UTC +04:00)
Meksikanın Xalisko ştatında narkokartel rəhbərlərindən biri Moyses Eskamilya May həbsxanada koronavirusdan ölüb
Meksikada narkokartel rəhbəri koronavirusdan öldü

Bakı. Trend:

Meksikanın Xalisko ştatında narkokartel rəhbərlərindən biri Moyses Eskamilya May həbsxanada koronavirusdan ölüb.

Trend-in məlumatına görə, “Los Setas” kartelinin rəhbəri bir həftə əvvəl xəstəxanaya yerləşdirilmişdi.

O, çoxsaylı cinayətlərə, o cümlədən 12 nəfərin başının kəsilməsinə görə, 37 il müddətinə azadlıqdan məhrum edilmişdi.

M.Eskamilya May 2008-ci ildən Xalisko ştatının həbsxanasında cəzasını çəkirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti