...

A seriyasında ən yaxşı oyunçu müəyyənləşib

İdman Materials 12 Dekabr 2025 09:30 (UTC +04:00)

Bakı. Trend:

"Kremonese"nin hücumçusu Ceymi Vardi noyabr ayı üçün A Seriyasının ən yaxşı oyunçusu seçilib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.

38 yaşlı futbolçu ötən ay üç oyun keçirib və "Yuventus"la görüşdə 1 qol vurub (1:2). Vardi dekabrın 1-də "Bolonya" ilə oyunda (3:1) dubl edib.

Vardi bu mövsüm ümumilikdə 10 oyunda meydana çıxıb və 4 qol vurub.

Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü "Kremonese"yə yayda azad agent kimi keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti