...

Oksford Universiteti koronavirus vaksini sınaqlarının ikinci mərhələsinə başlayıb

Dünya xəbərləri Materials 22 May 2020 13:52 (UTC +04:00)
Oksford Universiteti koronavirus vaksini sınaqlarının ikinci mərhələsinə başlayıb

Bakı. Trend:

Böyük Britaniyanın Oksford Universitetinin mütəxəssisləri koronavirus vaksininin sınaqlarının ikinci mərhələsinə start verib.

Trend-in məlumatına görə, bu mərhələdə 10 mindən çox könüllü iştirak edəcək.

Sınaqların birinci mərhələsində 18-55 yaş qrupundan olan mindən çox könüllü iştirak edib.

Qeyd edək ki, Oksford Universitetinin mütəxəssisləri şimpanze virusu əsasında koronavirus vaksini yaratdığını bildirib.

Mütəxəssislər hesab edir ki, bu virus digər xəstəliklərə qarşı immunitetin yaradılmasında səmərəli olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti