...

Çexiya ilə Slovakiya arasında sərhədlər sabah açılır

Dünya xəbərləri Materials 3 İyun 2020 14:30 (UTC +04:00)
Çexiya ilə Slovakiya arasında sərhədlər sabah açılır

Bakı. Trend:

İyunun 4-də Çexiya ilə Slovakiya arasında sərhədlər tam açılacaq.

Trend-in məlumatına görə, sabahdan etibarən iki ölkə arasında sərnişin və yük daşımaları məhdudiyyətsiz olaraq həyata keçiriləcək.

Bu barədə Çexiyanın Baş naziri Andrey Babiş və slovakiyalı həmkarı İqor Matoviç arasında razılıq əldə olunub.

Qeyd edək ki, pandemiya müddətində hər iki ölkə sərhədləri bağlamışdı.

Bu günədək Çexiyada 9 374 nəfər koronavirusa yoluxub, 323 nəfər ölüb, 6 693 nəfər sağalıb.

Slovakiyada isə 1 525 nəfər yoluxub, 28 nəfər ölüb, 1 375 nəfər sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti