...

Rusiyada koronavirusdan ölənlərin sayı 5 500-ü keçib

Dünya xəbərləri Materials 5 İyun 2020 12:28 (UTC +04:00)

Bakı. Trend:

Rusiyada koronavirusa yoluxma göstəriciləri artmaqda davam edir.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 8 726 nəfər virusa yoluxub, 144 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 449 834 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 5 528 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 212 680 nəfər virusdan sağalıb, 231 626 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti